“Liverpul” kapitanı Stiven Cerrard və sabiq futbolçusu Ceymi Karrager klubun xeyriyyə fondu tərəfindən təşkil edilən xeyriyyə matçı üçün öz komandalarının heyətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hər iki oyunçu “Enfild Roud” stadionunda baş tutacaq qarşılaşmaya tanınmış simaları dəvət edib.
Cerrardın komandası: Bred Cons, Yon Arne Riise, Con Terri, Stiven Uornok, Xabi Alonso, Kevin Nolan, Rayan Babel, Luis Suares, Fernando Torres, Tyerri Anri
Karragerin komandası: Pepe Reyna, Alvaro Arbeloa, Martin Kelli, Raul Meyreleş, Condco Şelvi, Luis Qarsiya, Kreyq Nun, Dirk Kuyt, Kreyq Bellami, Didye Droqba
Qeyd edək ki, martın 29-da keçiriləcək oyunda qazanılan vəsait “Liverpul” fondunun ictimai proqramının maliyyələşdirilməsinə və müalicə təşkilatlarının dəstəyinə veriləcək.