[b]“Lokomotiv”in bombardiri Azərbaycan klubuna keçir [/b]
27.02.2014 - 10:09
[b]“Lokomotiv”in bombardiri Azərbaycan klubuna keçir [/b]

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Markinyosun Azərbaycanda oynamaq şansı artıb. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin kapitanı və ən məhsuldar oyunçusu olan braziliyalı Polşadan aldığı təklifdən imtina edib.

 

Bu ilin yayında klubunu dəyişmək istəyən və Azərbaycanla Polşa variantları arasında fikirləşən cənubi amerikalı sonunculara “yox” deyib. 32 yaşlı hücumameylli yarımmüdafiəçinin bu addımı onu adı açıqlanmayan Azərbaycan klubuna 1 addım da yaxınlaşdırıb.

 

Qeyd edək ki, Bolqarıstan yığmasında oynamaq üçün milliləşdirilən braziliyalı 2013-cü ilin əvvəlindən “Lokomotiv”də çıxış edir.