“Luçesku “Fənərbaxça” ilə anlaşıb”
19.05.2015 - 09:04
“Luçesku “Fənərbaxça” ilə anlaşıb”

“Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunun gələn mövsümdən çalışacağı komandanın adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 70 yaşlı mütəxəssisin yaxın dostu olan UEFA İdarə Heyətinin üzvü Mirça Sandu onun “Fənərbaxça” ilə anlaşdığını bildirib.

 

Rumıniya Futbol Federasiyasının sabiq prezidentinin sözlərinə görə, tərəflər arasında artıq anlaşma əldə edilib: “Luçesku gələn mövsüm Türkiyədə olacaq. Onun yeni komandası “Fənərbaxça”dı. Rusiyadan gələn təklifi qəbul etmədi. Onsuz da, “Fənərbaxça” bir il idi ki, onunla maraqlanırdı”.

 

Qeyd edək ki, Mirça Luçesku özü də siyasi məsələlərə görə, mövsümün sonunda Ukraynadan ayrılacağını açıqlamışdı.