“Mançester Siti” “Çelsi” və “Liverpul”u qabaqladı
16.06.2015 - 19:23
“Fulhem”in istedadlı futbolçusu Patrik Roberts “Mançester Siti”yə keçməyə yaxındı. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, futbolçu artıq “şəhərlilər”lə razılığa gəlib.
Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi uğrunda “Çelsi” və “Liverpul” da mübarizə aparırdı, ancaq Roberts üstünlüyü məhz Mançester təmsilçisinə verib.
Xatırladaq ki, İngiltərə U-19 milli komandasının da şərəfini qoruyan futbolçu ötən mövsüm “çempionşip”də 20 matçda meydana çıxıb.
0
0