“Mançester Siti” futbolçusunu bir aylıq icarəyə verdi
26.10.2015 - 23:10
“Mançester Siti” futbolçusunu bir aylıq icarəyə verdi

“Mançester Siti” yarımmüdafiəçisi Bruno Sukuluni icarəyə verib. Apasport.az saytının klubun rəsmi “tvitter” hesabına istinadən məlumatına görə, 22 yaşlı futbolçu “Midlsbro” klubunun şərəfini qoruyacaq.

 

Keçidin maraqlı tərəfi isə budu ki, gənc futbolçu “çempionşip” təmsilçisində sadəcə 1 ay çıxış edəcək.

 

Qeyd edək ki, Sukuli ötən mövsüm də icarə əsasında “Valensiya” və “Kordoba”da çıxış etmişdi.