“Mançester Siti” İngiltərə Liqa Kubokunu qazandı
02.03.2014 - 21:19
İngiltərə Liqası Kubokunun qalibi müəyyən edilib. Apasport.az saytının məlumatına görə, kuboku finalda “Sanderlend”ə 3:1 hesabı ilə qalib gələn “Mançester Siti” qazanıb.
“Sanderlend” artıq matçın 10-cu dəqiqəsində önə çıxıb. Amma ikinci hissədə mançesterlilər üstünlüklərini qələbəyə çevirə biliblər. Qolları Yaya Ture, Samir Nəsri və Hesus Navas vurub.
Bu, “Mançester Siti”nin tarixində üçüncü kubokdur. Klub sonuncu dəfə İngiltərə Liqası Kubokunu 1976-cı ildə qazanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0