“Mançester Siti” Sterlinqdən imtina edir
27.06.2015 - 20:26
“Mançester Siti” Sterlinqdən imtina edir

İngiltərənin “Mançester Siti” klubu Rahim Sterlinqin transferindən imtina edə bilər. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, buna səbəb “şəhərlilər”lə “Liverpul” arasında razılaşmanın əldə olunmamasıdı.

 

Xatırladaq ki, mançesterlilər 20 yaşlı futbolçu üçün 45 milyon funt-sterlinq təklif etsələr də “Liverpul” təklifləri qəbul etməmişdi.

 

Gözlənilən keçid isə 2016/17 mövsümündə baş tuta bilər. Çünki gənc futbolçunun mersisaydlılarla müqaviləsi bir il sonra başa çatacaq.