İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Manuel Pelleqrini Leonel Messi ilə bağlı kütləvi informasiya vasitələrində gedən informasiyanı təkzib edib. Apasport.az saytının məlumatına görə, Pelleqrini “Barselona”nın hücumçusuna maraq göstərmədiklərini vurğulayıb: “Bu, sadəcə şaiyədir”.
Xatırladaq ki, bundan əvvəl bir sıra kütləvi informasiya vasitələri “Mançester Siti”nin Messi ilə bağlı “Barselona”ya təklif irəli sürdüyünü yazıblar. Guya ki, ingilislər argentinalı hücumçu üçün “Barsa”ya 200 milyon avro təklif edib. Bu zaman Messinin özünə 25 milyon avro söz verilib.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"