“Mançester Siti”nin aparıcı üzvü 2 həftə oynamayacaq
29.04.2015 - 16:51
“Mançester Siti”nin aparıcı üzvü 2 həftə oynamayacaq

“Mançester Siti” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in aparıcı oyunçularından olan Yaya Ture sıradan çıxıb.

 

İngiltərə Premyer Liqasının XXXIV turunda “Aston Villa” ilə matçda zədələnən 32 yaşlı yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Ture bazar günü “Tottenhem”, mayın 10-da isə KPR ilə keçiriləcək oyunları buraxacaq.

 

Qeyd edək ki, 2010-cu ildən “Mançester Siti”nin formasını geyinən Ture hazırkı komandasının heyətində ümumilikdə 213 oyunda 61 qola imza atıb.