“Mançester Siti”nin hücumçusu “İnter” və “Yuventus”un hədəfində
26.06.2015 - 00:09
“Mançester Siti”nin hücumçusu “İnter” və “Yuventus”un hədəfində

“Mançester Siti”nin hücumçusu Stevan Yovetiç yenidən A seriyasına qayıda bilər. Apasport.az saytının “SKY Sport İtalia”ya istinadən məlumatına görə, futbolçunun agenti çərşənbə günü İtaliyaya, “İnter”lə danışıq aparmağa gedəcək.

 

Eyni zamanda çernoqoriyalı hücumçu ilə “Yuventus” da maraqlanır.

 

Yovetiç daha əvvəl 2008-2013-cü illər arasında “Fiorentina”nın şərəfini qoruyub.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 17 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.