“Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” 20 yaşlı futbolçunu istəyir
28.06.2015 - 13:53
“Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” 20 yaşlı futbolçunu istəyir

“Lill”in gənc hücumçusu Adam Traore İngiltərənin böyük klublarının diqqət mərkəzinə düşüb. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” 20 yaşlı malili futbolçu üçün hərəkətə keçiblər.

 

Hücumçu gənclər arasında dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Turnir boyu 4 qol vuran və 3 məhsuldar ötürmə ilə yadda qalan Traore komandasının 3-cü yeri tutmasında önəmli rol oynayıb.

 

Qeyd edək ki, 20 yaşlı hücumçunun “Lill”lə müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub.