“Mançester Yunayted” “Bavariya”nın oyunçusu ilə güclənmək istəyir
05.06.2014 - 23:28
“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Mançester Yunyated” Münhen klubundakı vəziyyəti qeyri-müəyyən olan futbolçuya marağını bərpa edib.
Tomas Müller əsas heyətə daimi olaraq salınmır. Futbolçu özü klub rəhbərliyi ilə görüşərək komandadakı gələcək taleyini müzakirə etmək istədiyini bildirmişdi.
Bu xəbər mankunianlıları aktivləşməyə sövq edib. Qeyd edək ki, “MY” bundan əvvəl də Müllerə maraq göstərsə də, sonradan bu maraq səngimişdi.
0
0