“Mançester Yunayted” Anxel di Mariyanın transfer qiymətini açıqladı
02.07.2015 - 17:30
“Mançester Yunayted” Anxel di Mariyanın transfer qiymətini açıqladı

“Mançester Yunayted”in argentinalı yarımmüdafiəçisi Anxel di Mariya karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi PSJ-nin maraq dairəsinə düşüb.

 

İngilislər di Mariya ilə yolları ayırmağa qarşı deyillər. Lakin bunun üçün PSJ 60 milyon avrosundan keçməlidi. Əgər bu keçid baş tutmasa, PSJ diqqətini “Roma”nın bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniçə yönəldəcək.

 

Qeyd edək ki, PSJ-nin transfer siyahısında “Barselona”nın futbolçusu Pedro Rodriges də yer alıb.