“Mançester Yunayted” daha bir hücumçu transfer edir
15.05.2015 - 09:06
“PSV Eyndhoven”dən Memfis Depayı heyətinə qatan “Mançester Yunayted” bununla kifayətlənmək fikrində deyil. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” indi də “Tottenhem”in hücumçusu Harri Keyni transfer etmək eşqinə düşüb.
Yay transferləri üçün 150 milyon funt-sterlinq ayıran “mankunianlar” bunun 45 milyonunu Keynin keçidinə ayırıblar. London klubu ilə artıq danışıqlara start verilib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqada 20 qola imza atıb.
0
0