“Mançester Yunayted” gənc futbolçunu geri qaytardı
07.01.2016 - 20:20
“Mançester Yunayted” Dortmund “Borussiya”sına icarəyə verdiyi Adnan Yanuzayı geri qaytarıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi saytından açıqlama yayıb.
Qeyd edək ki, 20 yaşlı belçikalı futbolçunun icarə müddəti başa çatmasa da, klublar arasındakı anlaşma erkən pozulub. Buna səbəb isə hücumçunun yetəri qədər oyun praktikası qazana bilməməsidi.
Əlavə olaraq bildirək ki, Yanuzay “Borussiya”nın heyətində meydana çıxdığı 9 oyunda 1 qola imza atıb.
0
0