“Mançester Yunayted” hücumçusunu göndərir
10.08.2015 - 09:24
“Mançester Yunayted” gənc hücumçusu Adnan Yanuzayı icarəyə verməyə hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, 20 yaşlı futbolçuya artıq müştəri də tapılıb.
Ueyn Runi və Memfis Depayın kölgəsində qalacağı ehtimal edilən Belçika millisinin üzvü “Sanderlend”in maraq dairəsindədi. Bu komanda Yanuzayı bir il müddətinə icarəyə götürmək niyyətindədi. Futbolçu özü də oyun praktikasını artırmaq üçün bu keçidin tərəfdarıdı.
Qeyd edək ki, Adnan Yanuzay 2013-cü ildən “Mançester Yunayted”də çıxış edir.
0
0