“Mançester Yunayted”dən “Valensiya”ya rədd cavabı
07.06.2015 - 20:02
“Mançester Yunayted”dən “Valensiya”ya rədd cavabı

“Valensiya” qapıçı problemini Viktor Valdeslə həll etmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, “yarasalar” bunun üçün “Mançester Yunayted”ə rəsmi müraciət də ünvanlayıblar.

 

Əsas qapıçıları Dieqo Alvesin uzunmüddətli zədələnməsindən sonra qapıçı axtarışında olan “Valensiya” boşluğu 33 yaşlı Valdeslə doldurmaq istəyir. Ancaq “qırmızı şeytanlar” bu təklifə rədd cavabı veriblər.

 

Xatırladaq ki, Viktor Valdes “manukunianlar”ın sırasına yanvar ayında azad agent kimi qoşulmuşdu.