“Mançester Yunayted”dən ilk rəsmi transfer
07.05.2015 - 15:24
“Mançester Yunayted”dən ilk rəsmi transfer

İngiltərə Premyer Liqasında uğursuz çıxış edən “Mançester Yunayted” gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq üçün indidən transfer çalışmalarına başlayıb. Apasport.az saytının Hollandiya mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” artıq ilk keçidi rəsmiləşdiriblər.

 

İngiltərə klubu “PSV Eyndhoven”in hücumçusu Memfis Depayı artıq heyətinə cəlb edib. Bunu Hollandiya təmsilçisi də rəsmi saytı vasitəsilə bəyan edib.

 

“Mankunianlar” bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək. Mövsüm başa çatan kimi, Mançesterə yollanaraq tibbi müayinədən keçəcək 21 yaşlı oyunçu gələn ay yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Memfis Depay bu mövsüm Hollandiya çempionatında keçirdiyi 28 oyunda 21 qola imza atıb.