“Mançester Yunayted”dən üçüncü cəhd
10.05.2015 - 16:30
“Mançester Yunayted”dən üçüncü cəhd

“Mançester Yunayted” “Bavariya”nın yarımmüdafiəçisi Müllerin keçidini həll etmək üçün növbəti dəfə hərəkətə keçib. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, alman müdafiəçi ilə baş məşqçi Qvardiola arasındakı konfliktdən yararlanmaq istəyən “qırmızı şeytanlar” fürsəti əldən vermək istəmir.

 

“Barselona” ilə Çempionlar Liqası oyununun gedişatında əvəzləndiyi üçün Qvardioladan narazı qalan və ispan baş məşqçi ilə arası dəyən Müller üçün “mankunian”ların bu artıq üçüncü belə cəhdidi. İlk iki cəhd uğursuz alınsa da, ingilislər bu dəfə 25 yaşlı futbolçunun keçidinə ümid edirlər.

Xatırladaq ki, Müller “Bavariya”ya hazırda “Mançester Yunayted”in baş məşqçisi olan Lui Van Qalın münhenlilərə rəhbərlik etdiyi dönəmdə keçmişdi.