“Mançester Yunayted”ə iki şad, iki bəd xəbər
15.05.2015 - 21:54
“Mançester Yunayted”ə iki şad, iki bəd xəbər

Bu həftə İngiltərə Premyer Liqasında “Arsenal”la qarşılaşacaq “Manşester Yunayted”in zədəli futbolçularından xəbər var. Apasport.az saytının İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “qırmızı şeytanlar”ın baş məqşçisi Lui Van Qal məlumt verib.

 

Vəziyyətin o qədər də yaxşı olmadığını bildirən holland məşqçi vacib oyun öncəsi zədəli olan 4 futbolçudan ikisinin – Van Persi və Di Mariyanın oynaya biləcəyini, Runi və Luk Şounun isə meydançaya çıxmaq üçün hazır olmadığını deyib.

 

Verilən məlumata görə, sonuncu iki futbolçu mövsümün geri qalan hissəsində meydançaya çıxa bilməyəcək.