“Mançester Yunayted”in müdafiəçisi əməliyyat oldu
09.12.2015 - 18:02
“Mançester Yunayted”in müdafiəçisi Markos Roxo cərrah bıçağı altına uzanıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu əməliyyat olub.
Ötən ildən çiynindəki ağrılardan əziyyət çəkən 25 yaşlı oyunçu, nəhayət ki, bundan canını qurtarıb. Ötən həftə zədəsi təzələnən Roxo bu gün çiynindən cərrahiyyə əməliyyatı keçirib. Həkimlər onun təxminən 4 həftədən sonra komandaya qoşula biləcəyini bildiriblər.
Qeyd edək ki, Roxo “Mançester Yunayted”ə ötən il Moskva “Spartak”ından keçmişdi.
0
0