“Mançester Yunayted”in və Avstraliya yığmasının sabiq qapıçısı Mark Bosniç həbs olunacaq. Apasport.az saytının məlumatına görə, o, təxminən 1 il əvvəlki hərəkətini etiraf edib.
Bosniç 2014-cü ilin mayında öz maşını ilə velosipedçini vurmuşdu. Şəhərin mərkəzi küçələrindən birində baş verən hadisə zamanı tərəflər arasında konflikt yaşanmışdı. Velosipedçi əlinə keçən əşyanı maşına atmışdı. Bundan qəzəblənən Bosniç isə avtomobilini həmin şəxsin üstünə sürmüşdü.
Qabırğasından və əllərindən zədə alan velosipedçi dərhal xəstəxanaya yerləşdirilmişdi.
Məhkəmə hadisə ilə bağlı yekun qərarını iyunun 9-da açıqlayacaq. Bosniçin həbs ediləcəyi dəqiq bilinsə də, neçə illik azadlıqdan məhrum olunacağı bəlli deyil.