“Mən futbolçuları millidən kənarlaşdrımıram”
07.10.2014 - 09:29
“Mən futbolçuları millidən kənarlaşdrımıram”

İngiltərənin “Liverpul” klubunda çıxış edən Mario Balotellinin İtaliya yığmasının qarşıdakı oyunlarına çağırmamasının səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, bunu İtaliya milli komandasının baş məşqçisi Antonio Konte açıqlayıb.

 

O bildirib ki, hücumçunun oktyabrın 10-da Azərbaycan, 13-də Malta ilə görüşlərdə dəvət almaması onun üstündən xətt çəkilməsi ilə bağlı deyil: “Marionun karyerasında yeni mərhələ başlayıb. Bu da asan deyil. Mən düşünürəm ki, Marioya “Liverpul”da uyğunlaşmaq üçün bir az vaxt vermək lazımdı. Biz həm onu, həm də ölkə xaricində çıxış edən bütün italiyalıları izləyirik. Mən futbolçuları milliyə çağırıram. Oradan kənarlaşdırmıram. Bu iki ifadə arasında fərqi başa düşmək lazımdır”.