“İki həftə ərzində “Milan”ın baş məşqçisi olacam”
14.06.2015 - 15:02
“İki həftə ərzində “Milan”ın baş məşqçisi olacam”

İtaliyanın “Milan” klubunun baş məşqçisinin kimliyi artıq rəsmiləşmək üzrədi. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis Sinişa Mixayloviç “rasyonerlər”in yeni baş məşqçisi olacaq.

 

Bu barədə Mixayloviç özü məlumat verib. Jurnalistlərə açıqlama verən serb mütəxəssis narahat olmamağı hər şeyin iki həftə ərzində yekunlaşacağını deyib:

 

“Narahat olmayın, mən iki həftə ərzində “Milan”ın baş məşqçisi olacam”.

 

Xatırladaq ki, rəsmi olaraq təsdiqlənməyən informasiyalara görə, Mixayıloviç “Milan”la artıq 2 illik razılığa gəlib.