Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona həmyerlisi Lionel Messi haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, CNN-ə açıqlama verən mütəxəssis Messinin əla futbolçu olduğunu, müasir futbolda gərəkli olan bütün xüsusiyyətlərin onda olduğunu bildirib:
“O əla futbolçudu. Yaxşı reytinqi var, hətta Ronaldodan da üstündür. Sadəcə öz tərzini yaratmalıdır. İnanıram ki, tezliklə Messi özünəməxsus tərz yaradacaq”.
Super ulduzun vurduğu qollar barəsində də danışan Maradaona öz qollarının daha baxımlı olduğunu bildirib:
“O, artıq 300 qol vurub. Mən isə bütün karyeram boyunca 200 ətrafında. Bu məhsuldarlıq əla göstəricidi. Ancaq demliyəm ki, mənim vurduğum qollar Messininkilərə baxanda çox daha baxımlı idi”.