“Milan” daha bir futbolçu ilə müqavilə imzaladı
11.06.2015 - 18:50
“Milan” daha bir futbolçu ilə müqavilə imzaladı

İtaliyanın “Milan” klubu müdafiəçi İnyasio Abate ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, futbolçu ilə bağlanmış yeni müqavilə 2019-cu ilin yayına kimi nəzərdə tutulub.

 

Xatırladaq ki, Abate bu mövsüm A seriyasında “Milan”la 24 matça çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.