“Milan” üçün 2 variant
28.12.2015 - 18:50
“Milan” üçün 2 variant

Heyətini gücləndirməyi planlaşdıran İtaliyanın “Milan” klubunun ilk hədəfi Aksel Vitseldi. Apasport.az saytı xəbər verir ki, “rossonyerlər” “Zenit”in belçikalı yarımmüdafiəçisini heyətlərinə qatmaqda israrlıdılar.

 

Danışıqlar baş tutsa, “Milan” bu keçid üçün 35 milyon avrosundan keçməli olacaq. “Zenit” rəhbərliyi Vitseli satmaqdan imtina edəcəyi təqdirdə isə italyanlar “Sampdoriya”nın üzvü Roberto Sorianoya təklif göndərəcəklər.

 

“Milan”dan getməyə ən real namizədlər isə ispaniyalı qapıçı Dieqo Lopes və yaponiyalı yarımmüdafiəçi Keysuke Hondadı.