“Milan”da daha bir ayrılıq
30.06.2015 - 17:58
İtaliyanın “Milan” klubu Salli Muntari ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qanalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
İngiltərə mətbuatında isə futbolçu ilə “Everton” klubunun maraqlandığı haqqında xəbərlər yer alıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən “Milan”ın şərəfini qoruyur. Bu müddətdə o, “rassionerlər”lə meydana çıxdığı 57 oyunda 8 dəfə fərqlənməyə imkan tapıb.
0
0