İtaliya yığmasının baş məşqçisi Antonio Konte yenidən A seriyasında çalışa bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Milan” 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdı.
Konte bu ilin yayında baş tutacaq Avropa çempionatından sonra yığmadan ayrılmağı planlaşdırır. Bu səbəbdən də o, federasiyanın yeni müqavilə təklifini qəbul etməyib. Bundan yararlanmaq istəyən “rossonyerlər”in prezidenti Silvio Berluskoni indidən təcrübəli mütəxəssisin razılığını almağa çalışır. O, Konteyə ilinə 4 milyon avro maaş olmaqla uzunmüddətli müqavilə təklif edib.
Konte ilə danışıqlar müsbət nəticələnməsə, “Milan” rəhbərliyi ikinci namizəd olan “Sassuolo”nun baş məşqçisi Eysebio di Françesko ilə təmasa keçəcək.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb