“Milan”ın futbolçuları məvaciblərinin 20 faizini itirdilər
26.03.2014 - 03:59
“Milan”ın futbolçuları məvaciblərinin 20 faizini itirdilər

 

 

Çempionlar Liqasına düşə bilməmələri “Milan”ın oyunçularının xeyli pul itirməsinə səbəb olacaq. Apasport.az saytının məlumatına görə, futbolçular məvaciblərinin 20 faizini ala bilməyəcəklər.

 

Hazırda çempionatda 12-ci yeri tutan “Milan” Çempionlar Liqasının kvalifikasiya mərhələsində iştirak etməyə imkan verən 3-cü yerdən 22 xal geridədir. Bu isə milanlıların Avropanın əsas klub turnirində iştirak şansının sıfıra bərabər olduğunu göstərir. Çünki çempionatın bitməsinə cəmi 9 tur qalıb.

 

Klub prezidenti Adriano Qalliani futbolçuların buna görə pul ödəməli olduqlarını vurğulayıb: “Futbolçuların hamısının müqaviləsində göstərilib ki, onların məvacibinin ancaq 80 faizi fiksasiya edilib. 20 faiz isə onların Çempionlar Liqasına düşməsinə görə verilir. “Milan” əsas klub turnirindən kənarda qaldığından, bu vəsait onlara ödənməyəcək”.

 

  

0