“Milan”ın hücumçusu matçın ən yaxşısı seçildi
31.12.2014 - 01:03
“Milan”ın hücumçusu matçın ən yaxşısı seçildi

Dubayda yoldaşlıq görüşündə qarşılaşan “Real” - “Milan” matçının ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, İtaliya klubunun hücumçusu Stefan Əl-Şəəravi olub.

 

31 və 48-ci dəqiqələrdə dubl edən 22 yaşlı forvard diqqət mərkəzinə düşərək, bütün rəqiblərini qabaqlayıb.   

 

Qeyd edək ki, “Milan” “Real”a 4:2 hesabı ilə qalib gəlib.