“Milan” yeni baş məşqçi ilə anlaşdı
08.06.2015 - 00:46
“Milan”ın yeni mövsüm üçün baş məqçisi bəlli olub. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, növbəti mövsüm komandanı “Sampdoria”dan ayrılmış Sinişa Mixayloviç çalışdıracaq.
Verilən məlumata görə, serb mütəxəssislə 2 illik anlaşma imzalanıb.
Mixayloviçlə müqavilə imzalanmasına baxmayaraq, Flippo İnzaqinin işinə də hələ son verilməyib.
Rəhbərlik ötənlərin məşhur futbolçusunu klubdan uzaqlaşdırmaq istəməyib. “Super Pipo” “Milan”da fəaliyyətini başqa vəzifədə davam etdirəcək.
0
0