500 milyon avro müqabilində “Milan” klubunun səhmlərinin 51 faizini almağa hazırlaşan biznesmen Bi Taeçabol gələcək planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, taili iş adamı mövsümün sonunda yeni transferlər etməyi planlaşdırır.
Yeni rəhbər yayda ediləcək transferlər üçün 100 milyon avro ayıracaq. Onun transfer etmək istədiyi ilk oyunçu isə PSJ-li Marko Verrattidi.
Bi Taeçabol baş məşqçi postunda da dəyişiklik edəcək. O, bu posta “Real”ın çalışdırıcısı Karlo Ançelottini gətirmək üçün artıq onunla danışığa başlayıb.
Qeyd edək ki, Karlo Ançelotti 2001-2009-cu illərdə “Milan”ı çalışdırıb, bu kluba bir dəfə A seriyasının, iki dəfə isə Çempionlar Liqasının kubokunu qazandırıb.