“Yığma komanda yaxşı formada olmayan oyunçuların ümidinə qalmamalıdı”
17.05.2016 - 20:44
“Yığma komanda yaxşı formada olmayan oyunçuların ümidinə qalmamalıdı”

İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske AVRO-2016 üçün millinin heyətində yer vermədiyi Dieqo Kosta, Fernando Torres və Xuan Matanı niyə dəvət etmədiyinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Football Espana”ya verdiyi açıqlamada bunu belə izah edib:

 

“Biz bütün situasiyanın nəzərəaldıq və dəyərləndirdik. Yığma komanda Avropa çempionatında ən yaxşı formada olmayan oyunçuların ümidinə qalmamalıdı. Heyətdə ancaq iki zədəli oyunçu var – Lukas Vaskes və David Silva. Əgər biz Kasorla və ya Torresi heyətə daxil etsək, onda başqa iki oyunçu kənarda qalacaq. Mata və Alkaserin kənarda qalmasına təəssüflənirəm, ancaq bir qərar verməli idik”.