[b]“Mladost” – “Neftçi” matçının dəqiq vaxtı açıqlandı[/b]
30.06.2015 - 08:09
[b]“Mladost” – “Neftçi” matçının dəqiq  vaxtı açıqlandı[/b]

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin Monteneqronun “Mladost” klubu ilə iyulun 9-da keçirəcəyi qarşılaşmanın başlama saatı açıqlanıb.

 

Bu qarşılama Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Mladost” – “Neftçi”  oyunu Podqoritsa şəhər stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Neftçi” və “Mladost” arasında ilk oyun iyulun 2-də Bakıda keçiriləcək.