“Hər iki komanda üçün yaxşı oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun U-19 yığmasının baş məşqçisi Mixail Marxel deyib.
O, Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin Azərbaycan yığması ilə bügünkü matçı haqda fikirlərini açıqlayıb: “Motivasiya baxımından müəyyən problemlər var idi. Üstəlik, yorğunluq da sözünü deyirdi. Birinci hissədə zəif oynadıq. Fasilədə müəyyən dəyişikliklər etdik. Bu da özünü doğrultdu. Azərbaycan yığması yaxşı komandadır. Belə rəqiblə oynamaq hər zaman xoşdu”.
Qeyd edək ki, 7-ci yer uğrunda oyunda Belarus millisi 2:1 hesablı əzmkar qələbə qazanıb.
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
- “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu