George Çixradze müdafiədən şikayətləndi
30.11.2014 - 20:00
George Çixradze müdafiədən şikayətləndi

“Çox maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIV turunda doğma publika önündə “Qarabağ”a məğlub olmalarına (2:3) münasibət bildirib: “Oyunda 5 qolun və çoxlu sayda qol epizodlarının şahidi olduq. Biz qalib gəlmək istəyirdik. Hesabı birinci biz açdıq, amma üstünlüyümüzü qoruya bilmədik. Yüksək səviyyəli komandaya qarşı oynayırdıq. Müdafiədə səhvlərimiz də öz sözünü dedi”.(pfl)