“Napoli” 15 milyondan imtina etdi
13.06.2015 - 19:16
“Napoli” 15 milyondan imtina etdi

“Napoli”nin müdafiəçisi Fauzi Qulam “Çelsi”nin maraq dairəsinə düşüb. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, londonlular əlcəzairli futbolçu üçün italyanlara 15 milyon avro təklif ediblər.

 

Ancaq Neapol təmsilçisi oyunçusundan vaz keçmək niyyətində deyil. “Napoli” “Çelsi”nin təklifini geri çevirib.

 

Xatırladaq ki, Qulam “Napoli”yə 2014-cü ilin yanvarında “Sent-Etyen”dən keçib.