“Napoli”yə şok cəza
04.04.2016 - 22:20
“Napoli”yə şok cəza

“Napoli” ciddi itki ilə üzləşib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, neapolluların hücumçusu Qonzalo İquayn 4 oyunluq diskvalifikasiya olunub.

 

Buna səbəb argentinalı oyunçunun “Udineze” ilə oyunda (1:3) ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsidi. Artıq İntizam Komitəsi onunla bağlı qərarını verib, cəzanın rəsmi açıqlanması isə sabah olacaq.

 

Ancaq “mavilər”in itkisi bununla bitməyəcək. “Napoli” baş məşqçisi Maurisio Sarrini də bir oyunluq itirib. O da həmin oyunda hakimə söydüyü üçün cəzalanıb.