Avropa Liqasının II təsnifat mərhələsində Sloveniyanın “Koper” klubuna qalib gələrək mübarizəni davam etdirən “Neftçi” növbəti turda Gürcüstanın “Çixura” komandası ilə üz-üzə gələcək. Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu komandaya qarşı ilk oyununu doğma meydanda keçirəcək.
Belə ki, Böyükağa Hacıyevin komandası “Çixura” ilə iyulun 31-də “Bakcell Arena”da qarşılaşacaq. Artıq bu qarşılaşmanın başlama vaxtı da müəyyənləşib. Komandalar meydana saat 20:00-da çıxacaqlar.
Qeyd edək ki, bu komandalar arasında ikinci oyun isə avqustun 7-də keçiriləcək. Bu oyunun başlama saatı isə hələlik məlum deyil.