“Neftçi” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı
28.02.2014 - 09:50
“Neftçi” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı

Topaz Premyer Liqasında XXIV turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmaları idarə edəcək ədalət təmsilçiləri müəyyənləşib.

 

Baş tutacaq 5 görüşdən 3-də əlavə hakim köməkçiləri olacaq. “Neftçi” və “Qarabağ” arasında turun mərkəzi qarşılaşması sabiq FİFA referisi Vüsal Əliyevə tapşırılıb. “Xəzər Lənkəran” – “İnter” matçında isə Elvin Əsgərov fit çalacaq.

 

XXIV tur

28 fevral (cümə)

 

14:00. “Bakı” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

19:00. “Rəvan” – AZAL
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli
“Bayıl Arena” stadionu

 

16:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
“Bakcell Arena” stadionu

 

15:00. “Simurq” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov
Zaqatala şəhər stadionu

 

Mənbə: pfl.az