“Neftçi” “Araz-Naxçıvan”ın dağılmasını hamıdan çox istəyir
03.11.2014 - 14:48
“Neftçi” “Araz-Naxçıvan”ın dağılmasını hamıdan çox  istəyir

“Araz-Naxçıvan” klubunun fəaliyyətini dayandırması Topaz Premyer Liqasının turnir cədvəlində ciddi dəyişikliklərə səbəb olacaq. Apasport.az saytının məlumatına görə, Əsasnaməyə uyğun şəkildə onların keçirdiyi oyunların nəticələri ləğv edilsə, komandaların xal hesabında dəyişiklik olacaq.

 

Əyalət klubu arxada qalan 11 turda 10 matç keçirmişdi ki, bunlardan 1-də qalib gəlib, 1-də heç-heçə etmişdi. Bu isə o deməkdi ki, “Araz-Naxçıvan”a uduzan “Neftçi” heç bir xal itirməyəcək. AZAL isə cəmi 1 xalın itkisinə üzüləcək. Əslində isə hər iki klub buna sevinə bilər.

 

Yenilənəcək cədvəldə onların rəqiblərinin itkiləri daha böyükdü. “Qəbələ” isə daha ağır zərbə alıb. “Qırmızı-qaralar” iki qələbəsindən məhrum olub. Digər 6 klubun itkisi isə 3 xaldan ibarət olacaq.

 

Bütün bunların nəticəsində “Neftçi” liderliyi ələ alır. Bakılılar “Qarabağ”ı 2 xal arxada qoymağı bacarıb.

 

“Qəbələ” isə yerini “Xəzər Lənkəran”a təhvil verib. Amma cənublular belə də 1 matç artıq keçirməklə öndə önə keçəcək.

 

“Bakı” isə son pilləyə yuvarlanır. Bunda onların “Bakı”nı keçməsi rol oynayıb. Paytaxtın eyniadlı təmsilçisi isə zirzəmiyə yuvarlanıb.

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Neftçi

9

6

2

1

13-5

20

2

 Qarabağ

9

5

3

1

14-8

18

3

 İnter

10

3

6

1

17-3

15

4

 Xəzər Lənkəran

10

4

2

4

13-11

14

5

 Qəbələ

9

3

3

3

10-12

12

6

 Simurq

10

3

2

5

12-12

11

7

 Sumqayıt

10

3

1

6

11-16

13

8

 AZAL

9

2

3

4

7-15

9

9

 Bakı

10

2

2

6

7-22

8

 

Dəyişikliklər bombardirlər siyahısından da yan ötmür. Vurduğu qolların yarısını “Araz-Naxçıvan”a vuran Rəşad Eyyubov (“Simurq”) 6 topa yer aldığı zirvəni əldən verəcək. Əvəzində burada üçhakimiyyətlilik yaranmalıdı. Mikel Alvaro (“Inter”), Nurlan Novruzov (!Bakı”) və Məhəmməd Qurbanov (“Sumqayıt”) hərəyə 5 qol vurub.

 

Bir klubun dağılmasından qazanan daha bir komanda isə “Xəzər Lənkəran”dı. Cənublular Azərbaycan kubokunun 1/8 finalındakı rəqibinin olmaması üzündən birbaşa 1/4 finala yüksələcək.