“Neftçi” “Bakı” ilə qarşılaşacaq
07.11.2014 - 21:01
"Neftçi” məşqlərini davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən məlumatına görə, “flaqman” hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.
“Ağ-qaralar” “Bakı” klubu ilə qarşılaşacaq. “Bakı” təlim-məşq bazasının stadionunda təşkil olunacaq oyun noyabrın 13-də saat 14:00-da baş tutacaq.
0
0