“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” braziliyalı futbolçu Ailton Fereyra Silva ilə danışıqları müsbət yekunlaşdırıblar. Ölkəsinin A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb. Bu gündən etibarən "Neftçi" ilə məşqlərə qatılacaq Ailton yeni komandasında 6 nömrəli formanı geyinəcək. Qeyd edək ki, “Neftçi” Silvadan öncə Xuan Alberto və Məhəmməd Qurbanovla anlaşıb. Həmçinin, Cavid İmamverdiyev, Ruslan Qurbanov və Nicat Qurbanov da icarədən qayıdıblar.
[b]“Neftçi” A seriyasından futbolçu gətirdi[/b]
23.06.2015 - 08:46
0
0