“Neftçi” rəhbərliyi azarkeşlərlə görüşdü
17.10.2014 - 14:03
“Neftçi” rəhbərliyi azarkeşlərlə görüşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tədbir “Bakcell Arena”da baş tutub.
Fanatları klub prezidenti Sadıq Sadıqovun adından salamlayan vitse-prezident Elnur Məmmədov bildirib ki, komandanın hər bir uğurunda onların böyük payı var.
Qeyd olunub ki, “ağ-qaralar” daim azarkeşlərinin dəstəyini hiss edib və bu dəstək zaman keçdikcə daha da güclənəcək.
Klub və azarkeşlər arasında əlaqələr beynəlxalq təcrübəyə əsaslanaraq davam etdiriləcək və klub rəsmiləri ilə futbolsevərlər arasında mütəmadi görüşlər keçiriləcək.
0
0