“Cavidin türk komandasına keçidi ilə bağlı bütün məsələlər həll olunub. Yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin Türkiyənin I dəstə təmsilçisi “Ankaraspor”a keçidi gündəmdədir. Amma bu keçid baş tutmaya da bilər: “Biz “Ankaraspor”a sabaha qədər vaxt vermişik. Əgər onlar futbolçu ilə sabah axşama qədər müqavilə imzalamasalar, onu Türkiyə klubuna verməkdən imtina edəcəyik. Cavid yaxşı formadadır və Avroliqada “Neftçi”yə kömək edə bilər. Bu gün yenə onlara məktub göndərdik ki, sabaha qədər imza məsələsini həll etsinlər. Biz yarımmüdafiəçini birinci divizion klubu olmasına baxmayaraq, “Ankaraspor”a verməyə razılaşdıq. Çünki onlar Superliqaya çıxmağa iddialıdırlar. Hələlik qardaş ölkə klubu məsələni rəsmiləşdirməyib. Sabah axşama qədər gözləyəcəyik”.