“Neftçi” ilk yoxlama matçında darmadağın oldu
21.06.2015 - 00:39
“Neftçi” ilk yoxlama matçında darmadağın oldu

Hazırlıqlarını Avstriyada davam etdirən “Neftçi” ilk yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Macarıstanın MTK klubu ilə qarşılaşıb.

 

Premyer Liqanın 4-cüsü ilk hazırlıq oyununda 0:3 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, Samir Əliyevin yetirmələri Avstriya toplanışı çərçivəsində daha 3 yoxlama oyunu keçirəcək.