“Neftçi” ölkəni tərk edir
11.06.2014 - 14:31
“Neftçi” ölkəni tərk edir

Ölkəmizi Avroliqada təmsil edəcək “Neftçi” sabah səhər saatlarında Türkiyəyə yola düşəcək. Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi xəbərə görə, komanda sabah saat 08:00-da ölkəni tərk edəcək.

 

Komandanın Azərbaycandan ayrılmasının səbəbi isə Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçmək istəyidir. Bolu hazırlıqları iyunun 28-dək davam edəcək. “Neftçi”nin burda 15 gün ərzində keçirəcəyi 2 yoxlama oyunundakı rəqiblərin adları da artıq məlumdur. Bunlar Gürcüstanın “Çixura” və Səudiyyə Ərəbistanının “Al-Taavun” klublarıdır.

 

Qeyd edək ki, iyunun 6-dan Bakıda hazırlıqlara başlayan “Neftçi” iyulun 1-dən Avstriyada toplanış keçəcək.

0