Arif Əsədov: Az qalmışdı ki, hakim özü də penalti vursun
20.11.2014 - 20:18
Arif Əsədov: Az qalmışdı ki, hakim özü də penalti vursun

“Hiss olunur ki, fasilədən sonra komandada müəyyən problemlər var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Gənc mütəxəssis bu gün Topaz Premyer Liqasının XII turunda səfərdə “Simurq”a uduzmalarına şərh verib: “Bu oyunu tez bir zamanda unudub növbəti görüşlərə hazırlaşmalıyıq. Bu oyuna qədər ilk pillədə idik. Bilirdik ki, “Simurq” bizə qarşı ikiqat güclə oynacaq. Bizim qapımıza ardıcıl oyunlarda penaltilər verilir. Bu gün iki penalti verildi. Az qalmışdı ki, hakim özü də penalti vursun. Əlavə edim ki, “Simurq”un qapanacağını bilirdik. Qol buraxdıqdan sonra futbolçularımda gərginlik yarandı. Bu da nəticəyə təsir etdi”.