“Neftçi”də yeni məşqçi
12.03.2016 - 10:16
“Neftçi”də yeni məşqçi

“Neftçi” məşqçilər korpusunu genişləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.

 

Anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonuna qədər “ağ-qaralar”ın fiziki hazırlıq üzrə məşqçisi olacaq. Maraqlıdı ki, Melkiorrenin son klubu paytaxt təmsilçisinin barışmaz rəqibi “Xəzər Lənkəran” olub.

 

Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR klublarında da işləyib.